top of page

                        ƏSGƏROV XUDAYƏT MƏMMƏD OĞLU

                                          (Əməkdar artist)

                              Əsgərov Xudayət Məmməd oğlu 1960-cı il fevralın 14-də                                      Gəncə şəhərində anadan olub. Gəncə şəhəri İnşaatçılar                                      mədəniyyət sarayının “Gənclik” xalq teatrında həvəskar                                        aktyor kimi fəaliyyət göstərib. 1981-ci ildən C.Cabbarlı adına                                Gəncə Dövlət Dram teatrında  əmək fəaliyyətinə                                                    başlayıb.1987-ci ildən Gəncə Dövlət Kukla teatrında aktyor                                  kimi işə qəbul olunub. Kukla teatrının səhnəsində yüzdən                                      artıq tamaşalarda baş rolları ifa edib.Ə.Səmədlinin “Əhmədin                                vəfalı xoruzu”-da Əhməd, “Meşə çaqqalsız olmaz”-da tülkü, N.Gəncəvinin “Xeyir və Şər”-də Xeyir, Ə.Orucun “Zınqırovlu pişik”-də Ambardar,A.Linqrendin “Uşaq və Karlıson”-da Ata ,R.Səməndərin “Çətin məsələ”-də Canavar, A.S.Eqzüperinin “Balaca Şahzadə”-də Kral ,Xalq nağılı“Şəngülüm,Şüngülüm,Məngülüm”-də Canavar və s. bu kimi yadda qalan obrazlar yaratmışdır. Xudayət Əsgərv teatrda bir çox tamaşalara rejissoir kimi quruluş vermişdir.Ə.Səmədlinin “Meşə çaqqalsız olmaz”, K.Kollodinin “Pinokkionun sərgüzəştləri, K.Ağaqızının “Tənbəl Əhməd”, O,Abdullayevin “Xoruzun hikkəsi”, R.Əlizadənin “Dəli Domrul” A.Əlizadənin “Şeytanın dostu” və s. bu kimi tamaşalar-dandır.

            Bir çox Beynəlxalq  kukla teatrları festivallarında Azərbaycan mədəniyyətini layiqincə təmsil etmişdir. 1990-cı ildən Azərbaycan Teatr Xadimləri İttifaqının ,1998-ci ildən YAP-ın üzvüdür.2005-cı ilin Prezident mükafatçısı olub.Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 25 iyun 2964 nömrəli Sərəncamı ilə “Əməkdar artist” fəxri adına layiq görülüb.

  • Facebook Sosyal Simge
  • Instagram
  • YouTube

Ünvan: Əhməd Camil-105

Saytın hüquqları Gəncə Dövlət Kukla Teatrı tərəfindən qorunur

Gəncə.Azərbaycan

Telefon:(022) 267-16-10

bottom of page