top of page

“ XEYİR VƏ ŞƏR )

( Üç hissəli mənzum nağıl )

Yaş həddi: 6 – 12         

Müəllif: Nizami Gəncəvi                                                                               Janr: Mənzum nağıl

Dil: Azərbaycan

Tamaşanın müddəti: 40 dəqiqə

Quruluşçu rejissor: Fərmail Paşayev (Əməkdar artist)

Quruluşçu rəssam: Əntiqə Bədirova (Fəxri mədəniyyət işçisi)

Musiqi tərtibatı: Pərviz Hüseynov

Rolların ifaçısı: Xudayət Əsgərov (əməkdar artist), Səməd Xanəhmədov (fəxri mədəniyyət işçisi),Nahidə Namazova (fəxri mədəniyyət işçisi). Elmar Vəliyev (fəxri mədəniyyət işçisi), Şamil Məmmədli, Məhəmməd Hacıyev, Mahirə Haqverdiyeva, Zülfiyyə Əliyeva, Nərmin Şərifova, Yeganə Məmmədova.
        «Xeyir və Şər» məzmun hekayəsinin əsasını xeyirxahlıqla bədxahlığın, yaxşılıqla pisliyin mübarizəsi təşkil edir. Hekayənin əvvəli Şərin bədxahlığı ilə başlayır. O, qızmar səhrada susuzluqdan inləyən və ondan su diləyən Xeyirin gözlərini çıxardır, su da verməyib çıxıb gedir. . Lakin Şərin qələbəsi uzun çəkmir. Çobanın gözəl qızı qan içində çapalayan Xeyiri evlərinə gətirir, atası isə səndəl ağacının yarpaqlarından məlhəm düzəldərək Xeyirin gözlərini sağaldır.
         Əsərdə xeyirxahlığın təntənəsi bununla bitmir. Xeyir yol üstündə şah qızının xəstə olduğunu eşidərək səndəl ağacının yarpaqları vasitəsilə onu sağaldır.
        «Xeyir və Şər» mənzum hekayəsindən çıxan yekun nəticə bundan ibarətdir ki, yer üzündə xeyir həmişə qalib gələcək, şər isə ayaqlar altına düşəcəkdir. Məhz bu yüksək ideyasına görədir ki, əsər bu gün də diqqət mərkəzindədir və tamaşaçılar tərəfindən sevilə-sevilə baxılır. 

        Tamaşanın premyerası 19 noyabr 2021-ci ildə olmuşdur.

  • Facebook Sosyal Simge
  • Instagram
  • YouTube

Ünvan: Əhməd Camil-105

Saytın hüquqları Gəncə Dövlət Kukla Teatrı tərəfindən qorunur

Gəncə.Azərbaycan

Telefon:(022) 267-16-10

bottom of page