


TƏRANƏ MƏCİD QIZI CƏFƏROVA
Təranə Məcid qızı Cəfərova 19 yanvar 1972-ci ildə Gəncə şəhərində anadan olub.2017-ci ildən Gəncə Dövlət Kukla teatrında kukla hazırlayan rəssam kimi fəaliyətə başlayıb. Teatrının səhnəsində bir neçə tamaşaya özünəməxsus maraqlı kukla eskizləri verib və hazırlayıb. Ə.Orucun “Zınqırovlu pişik” ,H.K.Andersenin “Düyməcik” bu kimi yadda qalan maraqlı tamaşalardandır.Hazırladığı kuklalar bir çox Beynəlxalq kukla teatrları festivallarında çox uğurla nümayiş olunub. Ə.Orucun “Zınqırovlu pişik” “ 1-ci Lənkəran Beynəlxalq Teatr Festivalı ” 2019-cu il Lənkəran, H.X.Andersenin “Düyməcik” “ 7-ci Teatr Köyü “ 2019-cu il Amasiya Türkiyə bu kimi festivallardandır.
