


SARA YAŞA QIZI MƏMMƏDOVA
Sara Yaşa qızı Məmmədova 12 iyun 1967-ci ildə Gəncə şəhərində anadan olub.1986-cı ildə M.Gəncəvi adına Gəncə şəhəri Pedaqoji texnikomunu bitirib.2006-ci ildən Gəncə Dövlət Kukla teatrında quruluşçu rəssam kimi əmək fəaliyyətinə başlayıb. Kukla teatrının səhnəsində bir çox tamaşaya maraqlı quruluş edib.R.Əlizadənin “Dəli Domrul”, C.Rodarinin “Çippolino”, Ə.Səmədlinin “Cik-Cik xanım”,C.Yusifzadənin “Ağ dana ağsaq dana”,A.S.Puşkinin “Qızıl balıq”,A.Əlizadənin “Toya gecikən tülkü”,K.Ağaqızının“Tənbəl Əhməd”,N.Kazımovn “Ələddinin sehirli çırağı”,X.Əlibəyli “Gözəllər gözəlli” və s. bu kimi yadda qalan maraqlı bədii tərtibatlı tamaşalardandı. Quruluş verdiyi bir çox tamaşalar Beynəlxalq kukla teatrları festivallarında Azərbaycan mədəniyyətini layiqincə təmsil edib. 2019-cu ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Məhsuldar işinə görə Mədəniyyət Nazirliyinin “Fəxri Fərman”ı ilə Təltif olunub
