



ƏNTİQƏ NƏSİB QIZI BƏDİROVA
(Fəxri mədəniyyət işçisi)
Əntiqə Nəsib qızı Bədirova 16 aprel 1965- ci ildə Gəncə şəhərində anadan olub.1986-cı ildə M.Gəncəvi adına Gəncə şəhəri Pedaqoji texnikomunu bitirib.1987- ci ildən Gəncə Dövlət Kukla teatrında quruluşçu rəssam kimi əmək fəaliyyətinə başlayıb. Kukla teatrının səhnəsində bir çox tamaşaya maraqlı quruluş edib.İ.Coşğunun “Hamıdan güclü”,Ə.Səmədlinin “Əhmədin vəfalı xoruzu”,“Meşə çaqqalsız olmaz”,”Artıq tamah baş yarar”,”Cırtdan”,N.Gəncəvinin “Xeyir və Şər”, A.Linqrendin “Uşaq və Karlıson” ,R.Səməndərin “Çətin məsələ”,A.S.Eqzüperinin “Balaca Şahzadə”,Xalq nağılı“Şəngülüm,Şüngülüm,Məngülüm”,A.Əlizadənin “Şeytanın dostu”,”R.Əlizadənin “Keçəlin toyu”,”M.Seyidzadənin “Büllur qəsr”K.Kollodinin “Pinokkionun sərgüzəştləri”, X.Əlibəyli “Aycan” və s. bu kimi yadda qalan maraqlı bədii tərtibatlı tamaşalardandı. Quruluş verdiyi bir çox tamaşalar Beynəlxalq kukla teatrları festivallarında Azərbaycan mədəniyyətini layiqincə təmsil etmişdir. 2010-cu ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Fəxri Mədəniyyət işçisidir.