



NAHİDƏ DAVUD QIZI NAMAZOVA
(Fəxri Mədəniyyət İşçisi)
Nahidə Davud qızı Namazova 16 sentyabr 1968-ci ildə Gəncə şəhərində anadan olub.1991-ci ildən Gəncə Dövlət Kukla teatrında aktrisa kimi fəaliyətə başlayıb. Kukla teatrının səhnəsində bir çox tamaşalarda baş rolları ifa edib.Ə.Səmədlinin ”Artıq tamah baş yarar”-da rəqqasə , “Meşə çaqqalsız olmaz”-da dovşan, N.Gəncəvinin “Xeyir və Şər”-də Kürd qızı, Ə.Orucun “Zınqırovlu pişik”-də Uzun burun siçan,A.Linqrendin “Uşaq və Karlıson”-da Dayə ,R.Səməndərin “Çətin məsələ”-də Qumral quzu, A.S.Eqzüperinin “Balaca Şahzadə”-də Şahzadə , C.Rodarinin “Çippolino”-da Albalı,S.İbrahimlinin “Səlim və Sehirbaz”-da Nənə,H.X.Andersenin “Düyməcik”-də Ana, Tarla siçanı,nağılçı, və s. bu kimi yadda qalan obrazlar yaratmışdır.
Na biridə Davud qızı Namazova bir şox bədii və sənədli filmlərdə də çəkilmişdir. “Teatral həyat”bədii filmində ikinci aktrisa, ARB Tv-də yayımlanan “Günçiçək” kukla teleserialında Günçiçək rollarını məharətlə ifa edib. Bir çox Beynəlxalq kukla teatrları festivallarında Azərbaycan mədəniyyətini layiqincə təmsil etmişdir. Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. 2014-cü ildən Fəxri Mədəniyyət işçisidir .