


NƏRMİN VAQİF QIZI ŞƏRİFOVA
Nərmin Vaqif qızı Şərifova 11 iyun 1995- ci ildə Gəncə şəhərində anadan olub.2015-ci ildən Gəncə Dövlət Kukla teatrında aktrisa kimi fəaliyətə başlayıb. Kukla teatrının səhnəsində bir çox tamaşalarda maraqlı obrazlar qalereyası yaradıb.Ə.Səmədlinin “Meşə çaqqalsız olmaz”-da Ağacdələn, Ə.Orucun “Zınqırovlu pişik”-də Uzunqulaq siçan,A.Linqrendin “Uşaq və Karlıson”-da Oğru ,R.Səməndərin “Çətin məsələ”-də Uzunqulaq, A.S.Eqzüperinin “Balaca Şahzadə”-də Tülkü , C.Rodarinin “Çippolino”-da Çippolino,S.İbrahimlinin “Səlim və Sehirbaz”-da Səlim,H.X.Andersenin “Düyməcik”-də Düyməcik,nağılçı,K.Kollodinin “Pinokkionun sərgüzəştləri”-də Qala və s. bu kimi yadda qalan obrazlar yaradaraq balaca tamaşaçılatın sevimlisinə çevrilmişdir.
Bir çox Beynəlxalq kukla teatrları festivallarında Azərbaycan mədəniyyətini layiqincə təmsil etmişdir. “3-cü Şəki beynəlxalq teatr festivalı” çərçivəsində “Sərhədsiz teatr festivalı”,”1-ci Lənkəran Beynəlxalq teatr festivalı”,”7-ci Teatro köyü festivalı” Amasiya,Türkiyə buna canlı misaldı.
