


MAHİRƏ OQTAY QIZI HAQVERDİYEVA
Mahirə Oqtay qızı Haqverdiyeva 24 fevral 1978-ci ildə Gəncə şəhərində anadan olub.1997-ci ildən Gəncə Dövlət Kukla teatrında aktrisa kimi fəaliyətə başlayıb.2019-cu ildə Ukrayna Respublikası Xarkov Mədəniyyət Akademiyasını bitirib. Kukla teatrının səhnəsində bir çox tamaşalarda baş rolları ifa edib.Ə.Səmədlinin “Əhmədin vəfalı xoruzu”-da Ana toyuq,”Artıq tamah baş yarar”-da rəqqasə, “Meşə çaqqalsız olmaz”-da Çaqqal, N.Gəncəvinin “Xeyir və Şər”-də Kürdün arvadı,R.Səməndərin “Çətin məsələ”-də Uzunqulaq, A.S.Eqzüperinin “Balaca Şahzadə”-də İlan, C.Rodarinin “Çippolino”-da Albalı,S.İbrahimlinin “Səlim və Sehirbaz”-da 1-ci uşaq,A.S.Puşkinin “Qızıl balıq”-da Qarı,M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah”-da Şəhrəbanu və s. bu kimi yadda qalan obrazlar yaratmışdır.
Mahirə Haqverdiyeva teatrda bir çox tamaşalara rejissoir kimi quruluş vermişdir. Ə.Səmədlinin “Cik-Cik xanım”, A.Linqrindin “Uşaq və Karlıson”, Ərəb xalq nağılı əsasında Nicat Kazımovun səhnələşdirdiyi “Ələddinin sehirli çırağı “ və s. bu kimi tamaşalardandı.
Mahirə Haqverdiyeva bir şox bədii və sənədli filmlərdə də çəkilmişdir. “Teatral həyat”bədii filmində aktrisa,ARB Tv-də yayımlanan “Günçiçək” kukla teleserialında Ana Arı rollarını məharətlə ifa edib.
Bir çox Beynəlxalq kukla teatrları festivallarında Azərbaycan mədəniyyətini layiqincə təmsil etmişdir. Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Mədəniyyət Nazirliyinin “Fəxri fərman”-ı ilə təltif olunub
